“Qırmızı vərəqədən sonra işimizi çətinləşdirdik”

Şimali Makedoniyanın “Şkupi” klubunun baş məşqçisi Muharrem Bayrami Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • “Neftçi”ni qələbə münasibətilə təbrik edirəm. Fikrimcə, son 6-7 oyunun ən yaxşı çıxışını göstərdik. Birinci hissədə biz daha üstün idik. 2-3 qol epizodundan istifadə edə bilmədik. İkinci hissədə də yaxşı idik. Ancaq qırmızı vərəqədən sonra işimizi çətinləşdirdik. Öz şanslarımızdan istifadə edə bilmədik. Futbolda belə hallar olur. “Neftçi” bizi cəzalandırdı və nəticə göz önündədir.
  • Əvəzləmələrinizin sizin ziyanınıza işlədiyini düşünmürsünüz?
  • Birincisi, dəyişiklik zamanı yeni oyunçu meydana buraxmaq istəyirdik. Yeni oyuna qoşulan oyunçunun zərbələri yaxşı idi. Onun sayəsində rəqib qapısı qarşısında təhlükə yaradacağımızı düşünürdük. İkinci dəyişikliyə gəlincə, qırmızı vərəqə planımızı dəyişdi. Başqa dəyişiklik planlaşdırırdım. Amma buna vadar oldum.
  • İkinci hissədə oyununuzun zəif alınmasına səbəb nə oldu? Təcrübəsizlik öz sözünü dedi?
  • İkinci hissəyə də yaxşı başladıq. İlk qolu səhvdən buraxdıq. “Neftçi” təcrübəli komandadır, səhvimizi bağışlamadı. “Neftçi” kimi komanda belə epizodlarda rəqibini cəzalandırır. Bilirdik ki, meydanın mərkəzində top itirə bilmədik. Çünki rəqibin güclü orta xətti var. (apasport)
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button