
İngiltərədən Depaya “müştəri”
“Mançester Yunayted” “Barselona”nın hücumçusu Memfis Depayın xidmətində maraqlıdır.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Depayı 5 milyon avroya satmağa hazır olduğunu bildirib.
Niderlandlı futbolçu meydanda daha çox ola biləcəyi komandaya getmək istəyir.
Hücumçunun kataloniyalılarla müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Depay bu mövsüm “Barsa”da 3 oyun keçirib və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin