“Qırmızı şeytan” olması üçün 10 milyon avro təklif edirlər
“Mançester Yunayted” “Barselona”nın müdafiəçisi Ronald Arauxonu heyətinə qatmaq istəyir.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya klubu hələlik 22 yaşlı futbolçu ilə yeni müqavilənin şərtləri ilə bağlı razılığa gələ bilmir. “Qırmızı şeytanlar” isə uruqvaylı futbolçuya illik 10 milyon avro ödəməyə hazırdır.
Arauxonun “Barselona” ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin