Komanda yoldaşının çənəsini sındıran futbolçuya 5 illik cəza
Qırğızıstan millisinin futbolçusu məşq zamanı komanda yoldaşı ilə dava etdiyi üçün 5 il müddətinə diskvalifikasiya olunub.
Komanda.az “AKIpress”-ə istinadən xəbər verir ki, Qırğızıstan millisinin üzvü Mirbek Axmatəliyev məşq zamanı komanda yoldaşı ilə dava etdiyi üçün 5 il müddətinə diskvalifikasiya olunub.
Futbolçularla bağlı insident avqustun 15-də, Bişkekdəki “Selmaş” stadionunda, “Muras Yunayted” komandasının məşqi zamanı baş verib.
Hadisə nəticəsində klubun əcnəbi futbolçusu Evgeni Terzi yaralanıb, onun çənəsi sınıb. Məlum olub ki, insidentin səbəbkarı klubla müqaviləni dayandırmaq qərarına gələn komandanın oyunçusu Mirbek Axmatəliyev olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin