“Borussiya”nın hücumçusu ərəblərin təklifini rədd edib

Dortmund “Borussiya”sının hücumçusu Seru Qirassi yay transfer pəncərəsində Səudiyyə Ərəbistanı klublarının yüksək təkliflərini rədd edərək, komandasında qalmağa qərar verib.

Komanda.az xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb.

29 yaşlı forvarda Səudiyyə Ərəbistanının bir neçə klubundan təklif gəlib. Onların arasında xüsusilə, “Əl-Hilal” aktiv olub və Qirassiyə böyük maliyyə paketi təklif edib. Ancaq qvineyalı futbolçu bunu rədd edərək, “Borussiya”da qalmaq və titullar uğrunda mübarizə aparmaq istədiyini bildirib.

Qirassi son Bundesliqa mövsümündə 30 oyuna çıxaraq, 21 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button