Qılıncoynadanlardan dünya çempionatında uğursuz nəticə
Bolqarıstanın Plovdiv şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya çempionatı başa çatıb.
Komanda.az xəbər verir ki, gənc qız şpaqaçıların komanda yarışında Aynur Quliyeva, Xədicə Həsənli, Azərin İdrsizadə və Nazilə Rəhimovadan ibarət kollektiv ilk görüşündə İsveçrə yığma komandasına qalib gələrək ən güclü 16-lığa yüksəlib.
Millimiz 1/4 finala yüksəlmək uğrunda keçirilən görüşdə Ukrayna seçmə kollektivinə 28:45 hesabı ilə uduzub.
Oğlan və qız şpaqaçılarımız şəxsi yarışda 64-lüyə yüksələ bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin