Qılıncoynadanlar Avropa birinciliyindən medalsız qayıdırlar

İtaliyanın Neapol şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin Avropa birinciliyinə yekun vurulub.

Komanda.az xəbər verir ki, Murad Əkbərov, Saleh Məmmədov, Ayxan Xasıyev və Maqsud Hüseynlidən ibarət sablya üzrə gənclərdən ibarət millimiz oğlanların komanda yarışında Türkiyə yığmasına 35:45 hesabı ilə uduzub.

Oğlan sablyaçıların şəxsi yarışında ən yaxşı göstərici Murad Əkbərova məxsusdur. Sablyaçımız yekun sıralamada 11-ci olub.

Aynur Quliyeva, Xədicə Həsənli, Azərin İdriszadə və Nəzrin Mehdiyevan ibarət şpaqa üzrə gənclərdən ibarət millimiz qızların komanda yarışında ilk görüşdə Finlandiya seçmə kollektivini 45:35 hesabı ilə məğlub etsə də, növbəti mərhələdə Polşa yığmasına 30:45 hesabı ilə uduzub.

Zərifə Hüseynova, Fidan Quliyeva, Fərəh Abbasova və Züleyxa Sultanlıdan ibarət sablya millimiz komanda yarışında Fransa yığmasına 32:45 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button