“Çelsi” ukraynalı futbolçudan narazıdır
“Çelsi”nin yarımmüdafiəçisi Mixail Mudrik bu yay İngiltərə klubunu tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı futbolçunun qeyri-sabit oyunundan əlavə, meydandan kənar davranışları ilə bağlı problemlər var. Bu səbəbdən, London klubu hücumçunun performansından və davranışından narazıdır və bu onun komandadakı gələcəyini sual altında qoyur.
Mudrik bu mövsüm “Çelsi”nin heyətində bütün rəsmi turnirlərdə 25 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin