Qeyri-dəqiq “Real”
“Real” İspaniya kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşmasında “Barselona”ya uduzub (0:1).
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt təmsilçisi bu matçda rəqibin qapısına 13 zərbə endirsə də, onlardan heç biri çərçivəyə doğru istiqamətlənməyib.
2022-ci ilin 15 fevralından bu yana “kral klubu” ilk dəfə hədəfi düzgün nişan ala bilməyib. Sonuncu dəfə belə hal UEFA Çempionlar Liqasının PSJ – “Real” (1:0) matçında yaşanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin