“Qaziantep”də daha 2 ayrılıq

“Kasımpaşa” heyətini yeni oyunçularla gücləndirib.

Komanda.az xəbər verir ki, sözügedən klub Super Liqanın digər təmsilçisi, dəhşətli zəlzələdən sonra mövsümün qalan hissəsində meydana çıxmayacağı dəqiqləşən “Qaziantep”dən Günay Güvenç ilə Mustafa Eskihellaçı heyətinə qatıb.

Hər iki futbolçunun bu mövsümün sonuna kimi icarəyə götürülüb.

Günay Güvenç 2018-ci ildən oynadığı “Qaziantep”də 163 oyun keçirib. 31 yaşlı qapıçı “Ştutqarter Kikkers”, “Beşiktaş”, “Adanaspor”, “Mersin İdman Yurdu” və “Göztəpə”də də forma geyinib.

Mustafa Eskihellaç isə “Qaziantep”ə mövsümün əvvəlində “Yeni Malatyaspor”dan gəlmişdi. Yarımmüdafiəçi bu komandada 17 oyuna 2 qol vurub. 25 yaşlı vinger daha öncə “1461 Trabzon”, “Boluspor” və “Elazığspor”un da formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button