“Bizə qələbə lazım idi” – belaruslu qapıçı
“Üç xal qazana bilmədiyimiz üçün məyusuq”.
Komanda.az xəbər verir ki, bunu Belarus yığmasının qapıçısı Pavel Pavlyuçenko Azərbaycan millisi ilə heç-heçə etdikləri (0:0) UEFA Millətlər Liqasının 2-ci turunun matçından sonra yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib.
24 yaşlı futbolçu bildirib ki, oyunun sonlarında hücuma atılmalı idilər:
“Biz rəqibi sıxmalı idik. Çünki onlar oyunun sonlarında qırmızı vərəqə almışdılar. Bizə qələbə lazım idi. İlk növbədə, komanda oyunu gəlir. Düzdür, bir xal qazandıq, amma daha yaxşı olardı ki, mən top buraxsam belə, biz 2:1 hesabı ilə qalib gələrdik”.
Pavlyuçenko iyunun 10-da Qazaxıstanla keçirəcəkləri oyundan qalib ayrılmaq istədiklərini deyib:
“Qəribə səslənsə də, Qazaxıstanla oyundan üç xal gözləyirik”.
Bizi Facebook-da izləyin