Emil Balayev Türkiyədə

Qazaxıstanın “Tobol” klubunda forma geyinən Emil Balayev Türkiyəyə yollanıb.

Komanda.az xəbər verir ki, azərbaycanlı qapıçı tibbi müayinə üçün Türkiyəyə gedib. Bu barədə “Tobol”un rəsmi saytı məlumat yayıb.

25 yaşlı qapıçı Türkiyə klinikalarından birində profilaktik prosedurlardan keçib:

“Qapıçıların yüklənmələrinin və məşqlərinin xüsusiyyətləri sahə oyunçularının təlimindən bir qədər fərqlidir. Bu proses Emilin təlim-məşq toplanışına yaxşı formada hazırlaşmasına və növbəti mövsüm müəyyən zədələrin qarşısını almağa kömək edəcək”.

2019-cu ilin yanvarından “Tobol”da forma geyinən Emil, son mövsümdə Kostanay təmsilçisi ilə 31 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button