“Kayrat”ın “Qarabağ”a azı 2 qol vuracağını düşünürəm”

Qazaxıstanın “Qazsport” telekanalının şərhçisi Erməhəmməd Maulen Konfrans Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Kayrat” – “Qarabağ” matçıyla bağlı fikirlərini söyləyib.

Komanda.az “prosports.kz” saytına istinadən xəbər verir ki, Maulen, “Qarabağ”ın səfər matçında qol vurmaqda çətinlik çəkəcəyini söyləyib:

“Kayrat” son iki oyunda yaxşı müdafiə olundu. Diqqətli oldular və qol buraxmadılar. “Qarabağ”ın bu oyunda qol vurması çətin olacaq. Amma “Kayrat” fərqlənə bilər. Çünki qazaxların hücum xəttində Vaqner Lav və Xose Konte kimi səviyyəli futbolçuları var.

Lav sanki yenidən gəncləşib. O, qol vurmaqla yanaşı, komanda yoldaşlarına məhsuldar ötürmə də verir. “Kayrat”ın “Qarabağ”a azı 2 qol vuracağını düşünürəm”.

Bu gün Almatıdakı “Ortalık” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button