İspaniyalı mütəxəssis: “Qarabağ” oyunun favoritidir”
Qazaxıstanın “Kayrat” komandasının keçmiş baş məşqçisi Karlos Alos Ferrer Konfrans Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Kayrat” matçıyla bağlı fikirlərini bildirib.
Komanda.az “bookmaker-ratings.kz” saytına istinadən xəbər verir ki, ispan mütəxəssis, “Qarabağ”ı matçın favoriti adlandırıb:
“Qarabağ” oyunun favoritidir. Evdə oynayırlar və Avropada yaxşı təcrübəyə sahibdirlər. Buna görə “Kayrat” daha rahat oynayacaq.
“Kayrat”in qələbə şansları var. Şansları faizlə dəyərləndirsək, bu rəqəm “Qarabağ”da 60, “Kayrat”da isə 40-dır. “Kayrat” bu matçda yaxşı nəticə əldə edə bilər. “Qarabağ” topla daha çox oynayan komandadır. Qazaxlar buna hazır olmalıdır.
Hər zaman keçmiş komandalarımı dəstəkləmişəm. Ümid edirəm ki, “Kayrat” 2:1 hesablı qələbə qazana biləcək. Amma bu, heç də asan olmayacaq”.
Bizi Facebook-da izləyin