“Kayrat”ın qazanmaq şansı var, amma “Qarabağ” daha güclüdür”
Qazaxıstanın “Kayrat” klubunun sabiq futbolçusu Çuma Anene Konfrans Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Kayrat” – “Qarabağ” matçıyla bağlı açıqlama verib.
Komanda.az “prosports.kz” saytına istinadən xəbər verir ki, norveçli oyunçu, “Qarabağ”ın “Kayrat”ı məğlub edəcəyini söyləyib:
“Kayrat”ın qazanmaq şansı var, amma “Qarabağ” daha güclüdür. “Kayrat” son 3 matçını qazansa, qrupdan çıxa bilər. Ehtimal az olsa da, görək alınacaq?
Düşünürəm ki, “Qarabağ” bu oyunu qazanacaq. Nəticənin 1:0 Azərbaycan təmsilçisinin xeyrinə olacağını fikirləşirəm. “Kayrat” risk etmək məcburiyyətindədir. Çünki bu oyunda uduzarlarsa, artıq şansları qalmayacaq.
“Qarabağ” demək olar ki, bütün maneələri dəf edib. Komanda növbəti mərhələ üçün bu rəqibini üstələmək istəyəcək. Mən qonaqların baş məşqçisinin yerinə olsaydım, bütün güclü futbolçuları döyüşə atardım. Təəssüf ki, “Kayrat”ın qisas ala biləcəyini düşünmürəm”.
Bu gün Almatıdakı “Ortalık” stadionunda keçiriləcək “Kayrat” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Bizi Facebook-da izləyin