“Kayrat”ın futbolçusu: “Fikrimcə, qorxulu heç nə yoxdur”

Qazaxıstanın “Kayrat” klubunun futbolçusu Rade Duqaliç “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin 4-cü tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, Duqaliç, media nümayəndələri ilə görüşdə bunları deyib:

“Hava şəraiti oyuna mane olmamalıdır. Bu, futbol üçün normal haldır. Fikrimcə, qorxulu heç nə yoxdur. Hamı bizə azarkeşlik etməyə gəlsə, tribunlar və meydan isti olacaq”.

Noyabrın 4-də Almatı şəhərindəki “Ortalık” stadionunda keçiriləcək “Kayrat” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button