Erməni futbolçu: “Onsuz da Bakıya getmək istəyim yox idi”

Qazaxıstanın “Kayrat” klubunun futbolçusu Kamo Ohanesyan Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”la oyun üçün Bakıya səfər etməyəcək.

Komanda.az xəbər verir ki, 29 yaşlı erməni yarımmüdafiəçi bununla bağlı Rusiya mətbuatına açıqlamasında deyib:

“Yalnız onu deyə bilərəm ki, Bakı mənim təhlükəsizliyimə zəmanət verə bilməz. Onsuz da Bakıya getmək istəyim yox idi. Amma getməyə və oynamağa hazır idim. “Kayrat”a yalnız qələbə arzulayıram. Mənsiz də istənilən rəqibi məğlub edə bilərlər. Yaxşı komandamız var”.

Oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kayrat” oyunu saat 20:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button