“Astana” Roman Qriqorçuku onunla əvəzlədi – rəsmi
Qazaxıstanın “Astana” klubunun yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, komandanın “sükan”ı Mixal Bilekə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Çexiyalı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
2009-2013-cü illər aralığında Çexiya millisini çalışdıran Bilek hazırda Qazaxıstan yığmasının da baş məşqçisidir.
“Astana” dünən “Qəbələ”nin keçmiş baş məşqçisi Roman Qriqorçukla yollarını ayırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin