Qazaxıstan yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlandı
Qazaxıstan yığmasının UEFA Millətlər Liqasında Belarus və Azərbaycan milli komandalarına qarşı keçirəcəyi oyunlar üçün heyətini açıqlanıb.
Komanda.az xəbər verir ki, baş məşqçi Məhəmməd Adıyev 33 oyunçuya dəvət göndərib:
Qapıçılar: İqor Şatski (“Şaxtyor” Karaqanda), Məhəmmədcan Seysen (“Taraz”), Bekxan Şayzada (“Ordabası”), Danil Ustimenko (“Kayrat”);
Müdafiəçilər: Sergey Malıy, Aleksandr Maroçkin, Baqdat Kairov (hamısı “Tobol”), Yeldos Ahmetov (“Taraz”), Mixail Qabışev, Talqat Kusyapov (hər ikisi “Astana”), Marat Bıstrov (“Axmat”, Rusiya), Temirlan Yerlanov, Dmitri Şomko, Alibek Kasım (hamısı “Aktobe”), Nuralı Alip (“Zenit”, Rusiya), Qafurjan Suyumbayev (“Aksu”);
Yarımmüdafiəçilər: Yuri Loqvinenko, Ramazan Orazov, Maksim Samodorov (hamısı “Aktobe”), Asxat Taqıbergen, Samat Jarınbetov (hər ikisi “Tobol), Aslan Darabayev, Timur Dosmaqambetov, İslambek Kuat (hamısı “Astana), Yan Voroqovski (“Molenbek”. Belçika), Baxtiyor Zaynutdinov (ÇSKA, Rusiya), Elxan Astanov (“Ordabası”), Adilet Sadıbekov (“Kayrat”);
Hücumçular: Abat Aymbetov (“Astana”), Abılayxan Jumabek (“Taraz”), Aybar Jaksılıkov (“Tobol”), Artur Şuşenaçev (“Kayrat”), Roman Murtazayev (“Şaxtyor” Karaqanda)
Sentyabrın 22-də Belarusu qəbul edəcək Qazaxıstan yığması 3 gün sonra “Dalğa Arena”da Azərbaycan millisinin qonağı olacaq.
Bizi Facebook-da izləyin