Qazaxıstan yığmasında növbəti itki

Futbol üzrə Qazaxıstan yığması UEFA Millətlər Liqasının C Divizionunun ilk turunda Azərbaycan millisinə qarşı keçirəcəyi ev oyununun hazırlığına başlayıb.

Komanda.az xəbər verir ki, “Astana Arena”da baş tutan ilk məşqdə yığmanın qapıçısı Stas Pokatilov iştirak etməyib.

Bu barədə Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. “Aktobe”nin 30 yaşlı qolkiperi ailə məsələsinə görə heyətdən çıxarılıb.

Rusiya “Zenit”ində çıxış edən Nuralı Alip isə komandaya mayın 29-da qoşulacaq.

İyunun 3-də paytaxt Nur-Sultandakı “Astana Arena”da baş tutacaq Qazaxıstan – Azərbaycan matçına Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button