Qazaxıstan təmsilçisi Bakıda darmadağına sevindi
Bu gün UEFA Region Kubokunun Azərbaycanda təşkil olunmuş ilkin seçmə mərhələsinin 1-ci qrupunda növbəti oyun keçirilib.
Komanda.az xəbər verir ki, Estoniya təmsilçisi “Tallinna Zapoos” Qazaxıstanın “Kaskelen” komandası ilə qarşılaşıb.
Qarşılaşmanı Azərbaycan və Sloveniyadan olan hakimlər briqadası idarə edib. FİFA referisi Elçin Məsiyevin baş hakim olduğu matçda Qazaxıstan təmsilçisi 5 cavabsız qola sevinib.
Bu qrupda daha öncə keçirilmiş ilk oyunda “Tallinna Zapoos” Gürcüstan təmsilçisi “Basiani”yə də 1:3 hesabıyla uduzmuşdu. Qrupun sonuncu matçı iyunun 27-də “Kaskelen” və “Basiani” arasında baş tutacaq. Hazırda 3 xalı olan bu iki komandadan qalib gələn tərəf qrup qalibi kimi ilkin mərhələnin finalına vəsiqə qazanacaq.
İlkin mərhələnin digər qrupunda cəmi iki komanda mübarizə aparır: Azərbaycan çempionu “Cəbrayıl” və Belarusun “Kolos” komandası. Bu komandaların ilk oyununda “Kolos” 2:1 hesablı qələbəyə sevinib. Cavab görüşü sabah keçiriləcək.
Azərbaycanda təşkil olunmuş ilkin mərhələnin qalibi iyunun 29-da Şamaxıda baş tutacaq final matçında müəyyənləşəcək.
UEFA Region Kuboku
İlkin mərhələ, 1-ci qrup
25 iyun
Tallinna Zapoos – Kaskelen 0:5
Baş hakim: Elçin Məsiyev (Azərbaycan)
Baş hakimin köməkçiləri: Elşad Abdullayev (Azərbaycan), David Gabrovec (Sloveniya)
Dördüncü hakim: David Smayc (Sloveniya)
ASK Arena. Saat 16:00.
Bizi Facebook-da izləyin