Qazaxıstan millisində yeni baş məşqçi

Futbol üzrə Qazaxıstan milli komandasında baş məşqçi dəyişikliyi olub.

Komanda.az Qazaxıstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi postunda Talqat Baysufinovu Andrey Karpoviç əvəzləyib. Baysufinovla müqaviləyə vaxtından əvvəl xitam verilib.

Karpoviç isə qarşıdakı iki matçda bu vəzifəni yerinə yetirəcək. O, yığma komandanı Moldovaya qarşı UEFA Millətlər Liqasının pley-off görüşlərinə hazırlayacaq. Qarşılaşmalar martın 24-də və martın 29-da olacaq. Cütün qalibi Azərbaycan, Belarus və Slovakiyaya C Liqasının 2-ci qrupunda rəqib olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button