
Qazaxıstan millisi Bakıdakı dünya çempionatında heç-heçə edib
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
Komanda.az xəbər verir ki, Bosniya və Herseqovina və Qazaxıstan yığmaları F qrupunun oyununda üz-üzə gəlib. Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.
İlk turda Polşa Qazaxıstanı 2:1, Bosniya və Herseqovina isə ABŞ-ni 4:2 hesabı ilə üstələyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



