Milli üzvündə dopinq aşkarlandı

Qazaxıstan milli komandasının futbolçusu Ruslan Valiullində dopinq aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə jurnalist Aydın Kojahmet “teleqram” kanalında məlumat yayıb. O, “Tobol”da çıxış edən yarımmüdafiəçinin dopinq testinin müsbət nəticə verdiyini və bu səbəbdən, onun DÇ-2022-nin seçmə mərhələsinin Bosniya və Herseqovina ilə matçında (2:2) iştirak etmədiyini bildirib.

Ruslan DÇ-2022-nin seçmə mərhələsinin Ukrayna ilə ev oyununda (2:2) dubl edərək komandasını məğlubiyyətdən xilas etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button