Qazaxıstan klubundan Azərbaycana – rəsmi
Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək “Araz-Naxçıvan” heyətini daha bir oyunçu ilə gücləndirib.
Azərbaycan Futzal Federasiyasından Komanda.az-a verilən məlumata görə, ölkə çempionu braziliyalı Viktor Uqo Piresa ilə anlaşıb.
23 yaşlı hücumçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Viktor Uqo Piresa son olaraq Qazaxıstanın “Atırau” klubunda çıxş edib. “Araz-Naxçıvan” daha əvvəl braziliyalı Mateus Katatau, Vitao və qapıçı Rövşən Hüseynli ilə sözləşmə bağlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin