“Qazana biləcəyimiz 27 xal var” – Renduliç
“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində baş tutan “Sumqayıt”la səfər matçından sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 2:1 hesablı qələbəni belə şərh edib:
“Oyunçularımı təbrik edirəm. İlk yarıda onlar yaxşı oynadılar. Oyuna nəzarət bizim tərəfimizdəydi. Rəqibi də təbrik etmək istəyirəm. Bilirdik ki, onlar yaxşı rəqibdir, turnir cədvəlində də bizdən yuxarıda idilər. Bura xallarımızı götürməyə gəlmişdik. İkinci hissənin son 30 dəqiqəsində fiziki cəhətdən bir az düşdük. Bəzi oyunçularımız xəstə, zədəli idi. Öz oyunçularımdan razı qaldım. Rəqib bizi sıxanda biz bundan rahatlıqla çıxırdıq. Şadam ki, gənc oyunçumuz Rauf meydana daxil olub, yaxşı performans sərgilədi.
İkinci və səkkizinci yer arasında 2-3 xallıq fərq var. Bura gələndə də demişdim ki, məqsədimiz ikincilik uğrunda mübarizə aparmaqdır. Çətin olacaq. “Neftçi” və “Sumqayıt” kimi rəqiblərimiz var. Amma məqsədimizə çatmağa çalışacağıq. Biz addım-addım irəliləyirik. Qazana biləcəyimiz 27 xal var. Bu oyundan sonra futbolçulara istirahət verəcəyik. Qarşıdan gələn Novruz bayramı münasibətilə də hər birinizi təbrik edirəm. Beşinci gündən etibarən qarşıdakı oyunumuza hazırlaşacağıq. Hər komanda güclənmək istəyir, “Sumqayıt”, “Qarabağ”, biz. Bizim hazırda bəzi oyunçularımız zədəlidir. Mövqeləri gücləndirməliyik”.
Bizi Facebook-da izləyin