Qaytan Şvaynştaygerin yanına getdi
“Atletiko”nun və Argentina millisinin keçmiş üzvü Nikolas Qaytanın yeni iş yeri məlum olub.
Komanda.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ABŞ-ın “Çikaqo Fayr” klubuna transfer olunub. Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Qaytanla 1+1 illik müqavilə imzalanıb. Argentinalı futbolçu yeni komandasında 20 nömrəli formanı geyinəcək.
Karyerası ərzində “Benfika”, “Atletiko” kimi komandalarda çıxış edən Qaytanın son iş yeri Çinin “Dalyan İfan” klubu olub.
Argentina millisində 28 oyuna çıxan Qaytan, yığmada 2 qol vurub.
MLS təmsilçisi “Çikaqo Fayr”da “Bavariya”nın sabiq üzvü Bastian Şvaynştayger də forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin