Qayıbov rayonları gəzdi, idman komplekslərinə baxdı

Gənclər və idman naziri Fərid Qayıbov iyulun 9-da ölkənin bir sıra şəhər və rayonlarında səfərdə olub.

Komanda.az xəbər verir ki, səfər çərçivəsində Qayıbov Beyləqan, Horadiz və Ağdam Olimpiya İdman Komplekslərinin vəziyyəti ilə tanış olub. Bu idman mərkəzlərində idman bölmələrinin artırılması, idmanın kütləviliyini artırmaq üçün silsilə tədbirlər, eləcə də regional yarışların daha çox keçirilməsi, təlim-məşq toplanışları üçün şəraitin standartlara uyğunlaşdırılması barədə müzakirələr aparılıb. Mövcud idman bölmələrində uşaq-gənclərin məşğələlərini izləyən nazir məşqçi-mütəxəssisləri dinləyib, onlarla fikir mübadiləsi edib.

Beyləqanda Gənclər Evinin fəaliyəti ilə də tanışlıq olub. Burada gənclərin asudə vaxtının təşkili və yaradıcılıq dərnəklərinin işi ilə maraqlanan nazir, daha çox gənci əhatə edəcək tədbirlərin təşkili ilə bağlı tövsiyələr verib. Səfər çərçivəsində Horadiz Gənclər Evinə də baxış olub və burada fəaliyyətin qurulmasının vacibliyi vurğulanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button