Qayıbov Dünya Şaquli Qaçış Assosiasiyasının prezidenti ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Dünya Şaquli Qaçış Assosiasiyasının prezidenti Daniel Cecetka ilə görüşüb.

Komanda.az GİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı şaquli qaçış idman proqramının ölkəmizdə inkişafı, bu sahədə görülən işlər və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.

Həmçinin, gənclərin bu idman növünə cəlb olunması istiqamətində birgə tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə “Triterra” Triatlon Klubunun təsisçisi Rüfət Həsənov da iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button