“Premyer Liqa “Mançester Siti”nin aşağı liqaya düşməsində maraqlı deyil”
“Mançester Siti”nin sabiq yarımmüdafiəçisi Ditmar Hamann klubun maliyyə qaydalarını pozduğuna görə mümkün cəzası haqda danışıb.
Komanda.az “Flashscore”-a istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu, qaydalara əməl edilməli olduğunu bildirib:
“Premyer Liqa “Mançester Siti”nin aşağı liqaya düşməsində maraqlı deyil. Bu proseslərlə nə baş verəcəyini gözləməli və görməliyik. “Şəhərlilər” bütün 115 maddə üzrə təqsirli bilinsə, onların başına nə gələcək? Qaydalara əməl edilməlidir ki, hər bir klubun uğur qazanmaq şansı olsun”.
2024-cü ilin fevralında Premyer Liqa rəhbərliyi elan edib ki, “Mançester Siti” 2009/10 mövsümündən başlayaraq, 2017/18 də daxil olmaqla, gəlirləri haqqında səhv məlumat verməkdə ittiham olunur. Bundan əlavə, “şəhərlilər” futbolçulara və məşqçilər heyətinə bonuslar barədə yalan məlumatlar təqdim ediblər.
Bundan əvvəl mətbuatda “Mançester Siti” ilə bağlı qərarın 2024-cü ilin sonuna qədər açıqlanacağı ilə bağlı məlumatlar yayılmışdı.
Bizi Facebook-da izləyin