
Qavinin zədəsi “Barselona”nı şoka salıb
“Barselona” yarımmüdafiəçisi Qavini uzun müddətə itirib.
Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, dizindən zədə alan futbolçunun artroskopiyaya ehtiyacı var və onun bərpası təxminən 4-5 ay çəkəcək.
Kataloniya klubu bu hadisədən şoka düşüb və hətta oyunçunun dizini açan cərrah da çox təəccüblənib. Qavinin menisküsü və bağları yırtılıb. “Barselona” hazırda 21 yaşlı futbolçuya psixoloji dəstək vermək üçün əlindən gələni edir.
Daha əvvəl Qavinin çarpaz bağın yırtılmasından və sağalmasından bir ildən az vaxt keçib. Bu, onu 11 ay yaşıl meydanlardan kənarda qoyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



