
“Barselona”nın zədəli futbolçusundan yeni xəbər
“Barselona” yarımmüdafiəçisi Qavinin fərdi proqram üzrə məşq etdiyi videonu nümayiş etdirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu uzunmüddətli zədədən sonra yenidən topla oynamağa başlayıb ki, bu da komanda üçün yaxşı xəbərdir.
Qavi 2023-cü ilin noyabrında dizindən ciddi zədə alıb. Bundan sonra yarımmüdafiəçi uzun müddət klub xəstəxanasında yatıb.
“Barselona” La Liqanın ilk dörd turundan sonra 12 xalla turnir cədvəlində birincidir. Hans-Diter Flikin komandası növbəti oyununu sentyabrın 15-də, səfərdə “Jirona”ya qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin