
Qavinin düzgünlüyünə əmin olmadığı qayda
“Barselona”nın yarımmüdafiəçisi Qavi penaltiləri yerinə yetirərkən ikiqat toxunma qaydası haqda danışıb.
Nəzərinizə çatdıraq ki, zərbə anında futbolçu eyni anda hər iki ayağı ilə topa toxunarsa, qol hesaba alınmır.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu bu qaydanın düzgünlüyündən əmin olmadığnı bildirib:
“Bu qaydanın düzgünlüyündən əmin deyiləm. Amma mən bunu belə edərdim: oyunçu topa iki dəfə toxunarsa, penalti yenidən yerinə yetirilməlidir. Ancaq bilmirəm, qərarları hakimlər verir”.
Bundan əvvəl “Atletiko”nun hücumçusu Xulian Alvares UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real”la oyununda penalti zamanı təsadüfən hər iki ayağı ilə topa toxunub. Top qapıdan keçsə də, hakim VAR-dan gələn siqnaldan sonra qolu ləğv edib.
İki oyunun nəticəsinə əsasən heç-heçə (2:2) qeydə alınıb və penaltilərdə daha dəqiq (4:2) olan “Real” növbəti mərhələyə adlayıb.
Bizi Facebook-da izləyin



