
Qavi yenə əməliyyat oluna bilər
“Barselona”nın yarımmüdafiəçisi Qavi dizindəki problem səbəbindən yeni əməliyyata ehtiyac duya bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Catalunya Radio” məlumat yayıb.
21 yaşlı oyunçu 2023-cü ildə qopmuş xaçvari bağların bərpası üçün əməliyyat olunmuşdu. Hazırda isə həmin dizində yenidən diskomfort hiss edir. İddialara görə, ona oynağın təmizlənməsi üçün daha bir əməliyyat lazım ola bilər.
İspaniyalı futbolçu cari mövsümdə La Liqada 2 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Barselona” La Liqanın 4-cü turunda, sentyabrın 14-də “Valensiya”nı qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



