“Barselona” azarkeşləri məni sevsin, qalanları maraqlı deyil”

“Barselona”nın yarımmüdafiəçisi Qavi bəzi azarkeşlərin ona mənfi münasibətinə aydınlıq gətirib.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, 20 yaşlı ispaniyalı futbolçu bunları deyib:

“Bəziləri məni niyə sevmir? Bu, oyun tərzimə görədir. Bəli, siz bunun haradan gəldiyini bilirsiz. Mənə fərq etməz, yetər ki, “Barselona” azarkeşləri məni sevsin, qalanları maraqlı deyil”.

Qavi son mövsümdə bütün turnirlərdə ümumilikdə 42 oyuna çıxıb, 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun komandası son mövsümdə “Real”ı 4 xal qabaqlayaraq, La Liqa çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button