Qavi həkimlərin razılığını gözləyir

“Barselona”nın yarımmüdafiəçisi Qavi həkimlərdən icazə gözləyir.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu sürətlə forma alır və tam sağalmağa yaxınlaşır.

Qavi mübarizəyə can atır və mümkün qədər tez oynamağa ümid edir, lakin klub hər şeyi tələsdirmək istəmir. Komandanın məşqçilər heyəti gənc oyunçunun sağlamlığını riskə atmayacaq. Dəqiq geri dönüş tarixi hələ müəyyən edilməyib.

20 yaşlı futbolçu ötən ilin noyabrında İspaniya millisinin heyətində oynadığı matçda çarpaz bağın yırtılması ilə xəstəxanaya yerləşdirilmişdi. Bu yaxınlarda məlum olub ki, o, tezliklə ümumi qrupda məşqlərə başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button