Qavi bu ay ilk matçına çıxa bilər
“Barselona”nın yarımmüdafiəçisi Qavi zədədən sonra bu ay ilk matçına çıxa bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı ispaniyalı futbolçunun bu ayın sonuna qədər meydana çıxmağa hazır olacağı gözlənilir.
Qavi ötən ilin noyabrında, AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İspaniya və Gürcüstan milli komandaları arasında keçirilən matçda zədələnmiş və çarpaz bağın qopması səbəbindən sıradan çıxmışdı. O, sentyabrda ümumi qrupla məşqləri bərpa edib və tezliklə matçlarda iştirak edə biləcək.
Hans Diter Flikin komandası La Liqa çərçivəsində bazar günü “Alaves”lə qarşılaşacaq. Komanda bu ay yaranacaq beynəlxalq fasilədən sonra “Sevilya” (20 oktyabr), “Bayern” (23 oktyabr) və “Real”la (26 oktyabr) üz-üzə gələcək.
Bizi Facebook-da izləyin