![](https://komanda.az/wp-content/uploads/2022/02/qavi.jpg)
Qavi narazıdır
“Barselona”nın yarımmüdafiəçisi Qavi hesab edir ki, komanda yoldaşı Fermin Lopesin meydandan qovulması haqsızlıqdır.
Kataloniyalılar dünən səfərdə “Sevilya”ya qalib gəlib (4:1). Hans-Diter Flikin yetirmələri 62-ci dəqiqədə Fermin Lopesin meydandan qovulması ilə 10 nəfərlə qalıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qırmızı vərəqə epizodu ilə bağlı danışan Qavi, şənbə günü Dani Sebalyosun iştirak etdiyi “Real” – “Atletiko” (1:1) matçındakı hadisəni xatırladıb:
“Dünən “Real” – “Atletiko” matçında Sebalyosa “qırmızı” göstərmədilər. Ancaq bu gün Lopesi sarı vərəqə göstərməli olduqları halda meydandan qovdular”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin