Qavi: “Möhtəşəm mövsüm keçiririk”

“Barselona”nın yarımmüdafiəçisi Qavi İspaniya çempionatının 35-ci turunda “Real”a qalib gəldikləri (4:3) oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, ispaniyalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında möhtəşəm mövsüm keçirdiklərini bildirib:

“Həmişə sona qədər sizinləyik! Komandamız üçün əla oyun idi. Möhtəşəm mövsüm keçiririk. İrəli! “Barselona”, ​​əbədi”.

Qavi bu mövsüm La Liqada 23 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

İspaniya çempionatının cari mövsümünün bitməsinə üç tur qalmış “Barselona” ikinci yerdə olan “Real”ı 7 xal qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button