Qavi gözləyəcək
“Barselona”nın yarımmüdafiəçisi Qavi yeni müqaviləsi ilə bağlı yaranmış vəziyyətə baxmayaraq, Kataloniya klubunda qalmaq niyyətindədir.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Qavinin müqaviləsi başa çatdıqdan sonra klubu tərk etməsi mümkündür. Lakin o, yeni müqavilə ilə bağlı vəziyyətin həllini gözləmək və “Barselona”da oynamağa davam etmək niyyətindədir.
18 yaşlı futbolçu İspaniya La Liqasının cari mövsümündə 25 matçda iştirak edib, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin