Qavi: “Bu, mənim üçün bir dərs oldu”

“Barselona”da çıxış edən yarımmüdafiəçi Qavi zədəsinin sağalmasından danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu indi ətrafındakı hər şeyi daha çox qiymətləndirdiyini bildirib:

“Bu, mənim üçün bir dərs oldu. İndi ətrafımdakı hər şeyi daha çox qiymətləndirirəm. Ciddi zədəm var idi, amma bundan sonra daha yaxşı komanda yoldaşı və insan oldum”.

Qavi zədə səbəbindən təxminən bir il meydanlardan kənarda qalıb.

20 yaşlı futbolçu İspaniya çempionatının cari mövsümündə bir oyun keçirib, qol vurmayıb.

La Liqanın turnir cədvəlinə başçılıq edən Hans-Diter Flikin yetirmələri bu gün səfərdə “Real”la qarşılaşacaq. Matçın start fiti saat 23:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button