“Barselona” Qavi ilə yeni müqavilə bağlayıb
“Barselona”nın yarımmüdafiəçisi Qavi klubla müqaviləsini uzadıb.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı ispaniyalı ilə yeni müqavilə 2026-cı ilin yayına qədər, 1 milyard avroluq satın alma maddəsi ilə nəzərdə tutulub. Köhnə müqavilə 2023-cü ilin yayına qədər qüvvədə idi.
Qavi “Barselona”nın heyətində ötən mövsüm, 17 yaş 24 günlüyündə debüt edib.
O, bütün turnirlərdə 47 oyuna çıxıb, 2 qol vurub, 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin