“Qavi ayaqları olan bir ürəkdir” – Xavi
“Barselona”nın baş məşqçisi Xavi yarımmüdafiəçi Qavinin La Liqanın 4-cü turunun “Sevilya” ilə oyunundakı (3:0) çıxışı haqda fikirlərini bölüşüb.
Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, baş məşqçi, Qavinin “Sevilya” ilə matçda ən yaxşı olduğunu bildirib:
“Məncə, sürəti, mübarizəsi, ötürmələri və rəqibə yüksək təzyiqini nəzərə alsaq, Qavi bu matçda ən yaxşı idi. Qavi ayaqları olan bir ürəkdir. O, ehtirasla oynayır. Onun hərəkətlərinin intensivliyi komandaya çox şey verir”.
“Barselona” dörd matçda 10 xal toplayıb və La Liqada ikinci yerdərir. Komanda növbəti turda “Kadis”lə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin