“Qattuzonun təyinatı bəzilərini sarsıdacaq” – Keçmiş futbolçu

Fransa millisinin sabiq futbolçusu Kristof Düqarri Cennaro Qattuzonun “Marsel”ə baş məşqçi təyin olunmasını şərh edib.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, keçmiş futbolçu, 45 yaşlı mütəxəssisin bu vəzifəyə təyin olunmasını yüksək qiymətləndirib:

“O, kluba uyğun gələn baş məşqçisidir. Qattuzoda azarkeşlərin görmək istədiyi meyarlar var. Qattuzo ilə növbəti fan görüşündə iştirak etmək üçün səbirsizlənirəm.

Bu dəyişiklik bir çox oyunçunun xeyrinə olacaq. Məncə, bu təyinat tamamilə düzgün seçimdir. Qattuzonun təyinatı bəzilərini sarsıdacaq”.

“Marsel” hazırda Liqa 1-in turnir cədvəlində 8-ci yerdədir. Komanda 6 turdan sonra 9 xal toplayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button