Qattuzonun qızının idealı olan futbolçu

“Valensiya”nın baş məşqçisi Cennaro Qattuzo “Xetafe” ilə oyundan (5:1) sonra komandasının müdafiəçisi Toni Lato haqda fikirlərini bölüşüb.

Komanda.az “Sphera Sports”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis, Latonun qızının idealı olduğunu deyib:

“Qızımın 18 yaşı var, amma Toni Lato onun üçün idealdır. Onun necə insan olduğunu özünüz görə bilərsiz. O, çox təvazökar və zəhmətkeşdir”.

“Xetafe” ilə oyunda Lato 7-ci dəqiqədə qol vurub.

Lato peşəkar karyerasına “Valensiya”da başlayıb və 2019/2020 mövsümünü icarə əsasında Niderlandın PSV və İspaniyanın “Osasuna” klublarında keçirib. 2020/2021 mövsümündən etibarən müdafiəçi “Valensiya”da çıxış edir. Onun bu mövsüm 4 oyunu və 1 qolu var.

Dörd turdan sonra “Valensiya” 6 xal toplayıb və La Liqada 10-cu yerdədir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button