Qattuzo Yunanıstan klubu ilə razılığa gəlib

İtaliyalı mütəxəssis Cennaro Qattuzo Yunanıstanın “Olimpiakos” klubunun baş məşqçisi təyin olunmağa yaxındır.

Komanda.az “TuttoMercatoWeb”-ə istinadən xəbər verir ki, “Olimpiakos” və Qattuzo demək olar ki, müqaviləni razılaşdırıb. İtaliyalı mütəxəssis gələn mövsümün əvvəlində komandaya rəhbərlik edə bilər.

Qattuzonun son iş yeri uğursuz çıxış səbəbindən yanvar ayında ayrıldığı İspaniya “Valensiya”sı olub.

45 yaşlı Qattuzo 2017-ci ildən İtaliyanın “Milan” və “Napoli” komandalarına da rəhbərlik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button