Qattuzo “Milan”ın problemini açıqladı

İtaliya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Latsio”ya 0:1 hesabı ilə məğlub olaraq, mübarizəni dayandıran “Milan”ın baş məşqçisi Cennaro Qattuzo matçdan sonra açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis, komandada problemlər olduğunu deyib:

“İlk hissədə yaxşı oynadıq, amma fasilədən sonra “Latsio” üstünlüyü ələ aldı. Bütün komanda geridə oynadı.

Komandamız çətin anlarını yaşayır. Mübarizə aparırıq və yeni səhifə açmalıyıq. Bundan sonra oyunumuzu yaxşılaşdırmalı, komandanı ruhlandırmalıyıq. Problemimiz fərdi olaraq futbolçularda deyil, fiziki gücdə və ya taktikadadır. Bundan sonrakı oyunlara yaxşı hazırlaşmalı, irəli baxmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button