Qattuzo Fransa klubu ilə anlaşıb

İtaliyalı mütəxəssis Cennaro Qattuzo tezliklə “Marsel”in baş məşqçisi ola bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Qattuzonun Fransa klubu ilə müqaviləsi 2025-ci ilə qədər olacaq.

Klub və məşqçinin agentləri hələ də yekun detallar barədə razılığa gəlməlidirlər.

Qattuzo hazırda işsizdir. Onun son klubu 2022-ci ilin iyulundan 2023-cü ilin yanvarına kimi çalışdığı “Valensiya” olub. 45 yaşlı mütəxəssis daha əvvəl “Napoli”, “Milan”, “Piza”, “Palermo” və “Sion” kimi klublarda çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button