Komandası qələbə qazandı, futbolçulara “İPhone 16” hədiyyə etdi
Xorvatiyanın “Hayduk” klubunun baş məşqçisi Cennaro Qattuzo futbolçulara və köməkçilərinə hədiyyələr vermək qərarına gəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı hər kəsə yeni “iPhone 16” markalı telefon alıb.
Qattuzo təxminən 30-35 telefon sifariş edib ki, bu da ona 40 min avroya başa gəlib. Onun bu hədiyyələri etməsinə səbəb komandasının uğurlu çıxışı olub.
“Hayduk” sentyabrın 13-də səfərdə Zaqreb “Dinamo”sunu məğlub edib. Qattuzonun yetirmələrinin 1:0 hesabı ilə qalib gəldiyi görüşdə yeganə qolu Marko Livaya vurub.
Cennaro Qattuzo ötən yaydan “Hayduk”un baş məşqçisidir. O, futbolçu kimi əsasən “Milan”dakı çıxışı ilə tanınır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin