
“Qattuzo İtaliya millisinin baş məşqçisi olmağı haqq edir”
Cennaro Qattuzonun atası Franko Qattuzo oğlunun İtaliya milli komandasının baş məşqçisi təyin olunmağa yaxın olduğunu təsdiqləyib.
47 yaşlı mütəxəssis iyunun əvvəlində Xorvatiyanın “Hayduk” klubunu tərk edib və indi görünür ki, sabiq baş məşqçi Luçano Spallettinin yerini tutmağa hazırlaşır.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcının atası Qattuzonun bu uğuru haqq etdiyini bildirib:
“Qattuzo yığmanın baş məşqçisi ola bilər, bunun təsdiqi çox yaxındır. Hamımız onun üçün çox sevinəcəyik, çünki bu uğuru haqq edir. O, dünya kubokunu yenidən İtaliyaya qaytara bilsə, bu möhtəşəm olar. Amma hələ qarşısına qoyulan vəzifənin öhdəsindən gələ biləcəyini sübut etməlidir. Ona zaman verilməlidir”.
İtaliya millisinin növbəti oyunu sentyabın 5-də Estoniya yığmasına qarşı keçiriləcək.
Bizi Facebook-da izləyin